"Azərenerji" rəhbəri: "Bizə olan borclar qaytarılsa, biz də borclarımızı qaytararıq"

11:43 - 20 Oktyabr 2016 - Xəbər

 Manatın devalvasiyasına baxmayaraq, "Azərenerji" ASC xarici öhdəliklərinin yerinə yetirilməsində problemlə üzləşməyib. "APA-Economics" xəbər verir ki, bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib."Mən bu cür rəqəmlərə o qədər də toxunan deyiləm. Düzdür, "Azərenerji"nin borcları var, lakin bizə də borcu olanlar var. Bizim SOCAR-a da borcumuz var. Bizimə olan borclar qaytarılsa, biz də öz borclarımızı, o cümlədən SOCAR-a olan borcumuzu qaytararıq", - deyə dövlət şirkətinin rəhbəri bildirib.
E. Pirverdiyev əlavə edib ki, manatın devalvasiyaya uğraması "Azərenerji"nin bəzi xarici valyutalarda götürdüyü borcun artmasına səbəb olub: "Biz bununla bağlı Maliyyə Nazirliyinə müraciət etmişik. Hal-hazırda bu istiqamətdə birgə işləyirik. Buna baxmayaraq, bu günədək biz hər hansı borcun qaytarılmasında problemlə üzləşməmişik".

Xəbər xətti