Şəkidə körpə doğuş zamanı ölüb

13:25 - 19 Oktyabr 2016 - Xəbər

Şəkidə körpə doğuş zamanı ölüb. APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, rayon sakini İlyaslı Aidə Bəxtiyar qızı ötən gün Şəki Regional Perinatal Mərkəzə gətirilib.Doğuş zamanı uşaq dünyasını dəyişib.
Şəki Regional Perinatal Mərkəzdən isə APA-ya uşağın doğuş zamanı ölmədiyi, körpənin ölü doğulduğu bildirilib.
Qeyd edək ki, bu, A. İlyaslının birinci hamiləliyi idi.

Xəbər xətti