Azərbaycan Xalça Muzeyində 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü qeyd olundu

17:30 - 18 Oktyabr 2016 - Xəbər

Oktyabrın 18-də  YAP Səbail Rayon  təşkilatı və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Xalça Muzeyi Mətbuat katibliyindən ucnoqta.az-a verilən məlumata görə, rayon ictimaiyyəti nümayəndələri və partiya təəssübkeşlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş video çarx  nümayiş olunub.
Həmçinin tədbirdə Azərbaycan Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin dərnək üzvlərinin  əl işlərindən ibarət sərgi də təqdim  olunub.
Tədbirdə YAP Səbail rayon təşkilatı sədrinin 1-ci müavini Muxtar Nağıyev, sədr müavini Əhliman Qarayev, Tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqova və YAP Xalça Muzeyinin sədri Fuad Rəsul 18 Oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası günü ilə əlaqədar cıxış ediblər.
Sonda  sentyabrın 26-da keçirilmiş Referendumda xüsusi fəallıq nümayiş etdirən  “YAP Xalça Muzeyi” -nin üzvlərinə “Fəxri Fərman”- lar təqdim olundu. 


 

 

Xəbər xətti