Yol polisi bir gündə 4796 sürücünü cərimələyib

17:08 - 18 Oktyabr 2016 - Xəbər

 Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində 4796 sürücünün inzibati xəta törətdiyini aşkar edib.  Bu barədə "Report"a idarədən məlumat verilib. Məlumata görə, oktyabrın 17-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb edilən sürücülərdən 34-ü sükan arxasına sərxoş halda əyləşdiyinə  görə cəzalandırılıb.
Sürət həddini aşdığına görə 1695 sürücüyə elektron protokol (MMX) tərtib edilib.

Xəbər xətti