“Azəriqaz” Müdafiə Nazirliyi və Mərkəzi Hərbi Hospitalı məhkəməyə verib

15:45 - 18 Oktyabr 2016 - Xəbər

 Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (İB) Müdafiə Nazirliyi və Mərkəzi Hərbi Hospitala qarşı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. APA-nın məlumatına görə, İB-nin şikayətinə oktyabrın 19-da baxılacaq.
 Qeyd edək ki, "Azəriqaz" nazirliyik və hospital tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati iqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etmədiyindən "Azəriqaz" İB apellyasiya şikayəti verib. Lakin şikayət təmin edilməyib. Bundan sonra İB kassasiya şikayəti verib. 

Xəbər xətti