Futbolçuları aparan avtobus qəzaya düşdü: 1 ölü - FOTO

11:40 - 17 Oktyabr 2016 - HADİSƏ

Ukraynada futbolçuları aparan mikroavtobus qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə dünən baş verib. Odessa-Reni magistralının 57-ci km-də "Nikolayevka-Novorosiyskaya" klubunun futbolçuları olan mikroavtobus "Daewoo Lanos" markalı avtomobillə toqquşub. Hadisəyə minik maşınının idarəetməni itirərək qarşı zolağa çıxması səbəb olub. Qəza nəticəsində minik maşını yanıb, sürücü ölüb. Klub üzvləri isə yüngül xəsarətlərlə qəzadan sağ çıxa bilib.


Xəbər xətti