MN: Erməni silahlı bölmələri atəşkəsi pozub

12:04 - 15 Oktyabr 2016 - Xəbər

Erməni silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub

 Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
İşğal altında olan Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Xəbər xətti