Prezident İlham Əliyev Tailandın Baş nazirinə başsağlığı verib

17:01 - 14 Oktyabr 2016 - Xəbər

Prezident İlham Əliyev Tailand Krallığının Baş naziri General Prayut Çan-o-çaya Tailand Kralının vəfatı ilə əlaqədar başsağlığı verib.Başsağlığında deyilir:
"Hörmətli cənab Baş nazir, Tailandın Kralı Bhumibol Adulyadejin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, Kral ailəsinin bütün üzvlərinə, dost Tailand xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Xəbər xətti