Azərbaycanda bu il 1800 nəfər narkotiklərlə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib

16:34 - 14 Oktyabr 2016 - Cəmiyyət

 Bu ilin 9 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 1800 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
 APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun açıqladığı hesabatda əksini tapıb. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 1-i 18 yaşadək, 129-u 18-25 yaşadək, 292-i 26-29 yaşadək, 1378-i 30 yaşdan yuxarı, 11-i fəhlə, 5-i qulluqçu, 1645-i işləməyənlər, 1772-i kişilər, 28-i qadınlar, 19 nəfəri isə xarici ölkə vətəndaşları olub. Onlardan ümumilikdə 522 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.
 Cinayət məsuliyyətinə cəlb edilən əcnəbilərdən 12-si İran, 4-ü Gürcüstan, 1-i Hindistan, 1-i Belarusiya, 1-i isə Türkmənistan  vətəndaşıdır.

Xəbər xətti