Sabah Bakıda bal yarmarkası başlayır

15:26 - 14 Oktyabr 2016 - Cəmiyyət

 Oktyabrın 15-də Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının açılış mərasimi keçiriləcək. 
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, yarmarka saat 10:30-da “Amay” Ticarət Mərkəzində (Bakı şəhəri, Nobel prospekti,23 ) ünvanında işə başlayacaq. 
Yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii bal və digər arıçılıq məhsullarının satışına icazə veriləcək. 
Qeyd edək ki, Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası ənənəvi olaraq hər il keçirilir.  
Sərgi-satış yarmarkası noyabrın 15-dək davam edəcək. 

Xəbər xətti