Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməkdaşlarına dövlət qulluqçusu statusu verildi

14:35 - 14 Oktyabr 2016 - Xəbər

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) əməkdaşlarına dövlət qulluqçusu statusu verilir.Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.Dəyişikliyə əsasən, DTX və XKX-də qulluq dövlət qulluğunun xüsusi növü hesab ediləcək.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Xəbər xətti