Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşüb

13:17 - 14 Oktyabr 2016 - Xəbər

 Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşüb. “Report”un xəbərinə görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, Suraxanı Rayon Polis İdarəsinə (RPİ) məxsus dustaq aparmaq üçün nəzərdə tutulan zirehli “Mercedes” markalı mikroavtobus Mərdəkanda qəzaya düşüb. Mikroavtobus Toyota” markalı digər avtomobillə toqquşub.
Qəza zamanı mikroavtobus Suraxanı RPİ-nin Müvəqqəti Saxlama Yerindən Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına dustaq aparırmış.
Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti