Azərbaycanda axtarışa verilən şəxs Qazaxıstanda tutulub

13:10 - 14 Oktyabr 2016 - Xəbər

 Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Qazaxıstanda tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Vüsal Rüstəmov Qazaxıstanda saxlanılıb.
Onun ekstradisiyası üçün tədbirlər görülür. 

Xəbər xətti