Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri bu gün Bakıya gəlir

15:46 - 10 Oktyabr 2016 - Xəbər

 Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Erkan Özoral bu gün Bakıya gəlir. "Report"un xəbərinə görə, diplomatı gətirən təyyarə axşam saatlarında Heydər Əliyev adına Bakı Hava Limanına enəcək.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı əvvəlki səfiri İsmayıl Alper Coşqunun səlahiyyət müddəti başa çatıb.

Xəbər xətti