Külli miqdarda siqaretin qanunsuz gətirtliməsinin qarşısı alınıb

11:45 - 8 Oktyabr 2016 - Xəbər

Azərbaycana qanunsuz olaraq siqaret keçirilməsinin qarşısı alınıb. Dövləıt Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobilin arxa yük yerindən və salonundan gömrük nəzarətindən gizlədilən 24 800 ədəd siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti