48 həkim sertifikasiya imtahanından keçə bilməyib

14:45 - 7 Oktyabr 2016 - Xəbər

 Səhiyyə Nazirliyinin 3-4 oktyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb. APA-nın xəbərinə görə, imtahanlarda ümumilikdə 302 həkim iştirak edib, onlardan 48-i imtahandan keçə bilməyib.
Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.

Xəbər xətti