Atlantik okeanında daha bir təhlükəli qasırğa yaranıb

11:36 - 7 Oktyabr 2016 - DÜNYA

Atlantik okeanında daha bir təhlükəli qasırğa yaranıb. Bu barədə ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzi məlumat yayıb. Məlumata görə, bu, "Nikol" qasırğasıdır. Atlantik okeanda cümə axşamı yaranan təbii fəlakət "Metyu" qasırğasıyla paralel hərəkət edir. ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzinin məlumatında bildirilir ki, hələlik "Nikol" saatda 128 kilometr küləyin sürətilə birinci kateqoriyanın gücünü yığıb. O, indi Bermud adalarından cənubdadır. "Nikol" saatda 13 kilometr sürətlə şimal-qərbə hərəkət edir.

Xəbər xətti