Bəzi yollarda sıxlıq yaranıb - Bakıda

09:10 - 7 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Bu gün səhər saatlarında Bakı şəhərinin Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Ucnoqta.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi xəbərə görə, sıxlıq prospektin hər iki istiqamətində müşahidə edilir. 

Bundan başqa, paytaxtın Yusif Səfərov küçəsi, Afiyəddin Cəlilov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, habelə Tbilisi prospekti (mərkəzə doğru), Səməd Vurğun küçəsi (Heydər Əliyev adına Müasir Təhsil Kompleksindən aşağı doğru) və Binəqəsi şosesində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Xəbər xətti