“Retweet” kampaniyanın yekun tədbiri keçirilib

17:37 - 6 Oktyabr 2016 - Cəmiyyət

6 oktyabr 2016-cı il tarixində Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə referenduma dəstək məqsədilə təşkil olunan “Retweet” kampaniyanın yekunları ilə bağlı tədbir başa çatıb. Tədbirdə dövlət rəsmiləri, Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və nümayəndələri, kampaniyanın iştirakçıları və mətbuat nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib, daha sonra rəsmilərin çıxışları baş tutub.
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov tədbirə açılış nitqi ilə start verib. O qeyd edib: ““Xətdə” Proqramı çərçivəsində həyata keçirilən “ReTweet” kampaniyası ilk təcrübəmiz deyil. 2013-cü ildən bu proqram vasitəsi ilə gənclər sosial şəbəkələr və bloqçuluq ilə bağlı təlimləndirilmiş, bu sahədə online təlimlər hazırlanmış, sosial şəbəkələr vasitəsi ilə kifayət qədər fəal iş aparılmışdır. “ReTweet” kampaniyası da bu tədbirlərdən biri olaraq gəncləri bir araya topladı. Belə ki, kampaniya zamanı referendumla bağlı #GoReferendum həştəqi ilə 8463 dənə yazılan tvit 44 541 nəfərin profilində 1 257 115 dəfə görülüb. Biz Milli Şura olaraq “Xətdə” Proqramı ilə bağlı fəaliyyətimizi genişləndirməyə planlaşdırırıq”. 
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev qeyd edib: “Gənclərin milli köklərini, dəyərlərini, dövlətçilik ənənələrini sağlam düşüncədə görmək çox xoşdur. Belə layihələrin sayı artırılmalı və davamlı olmalıdır. Çünki, gənclərin ölkə gündəmindəki mövzulara maraqlı olması və onların dövlət tərəfindən keçirilən işlərin təbliğində iştirakı çox vacibdir”. 
Azərbaycan Respublikası Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli iştirakçıları təbrik edərək bildirib: “Müasir dövrdə artıq onlayn təbliğatlar aktuallığını kəsb edir. Gənclərimizin elektron informasiya kanalları vasitəsi ilə bu təbliğatlarda fəal iştirakını görmək çox xoş oldu”. 
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov qeyd edib: “Bu kampaniya vasitəsi ilə gənclərimizin dövlət siyasətini dəstəklədiyinin şahidi olduq. Ümid edirəm ki, gənclər təşkilatları da belə onlayn gənclər platformasından istifadə edərək elektron dünyada məlumatların təbliği istiqamətində olan bir çox layihələrə start verə bilərlər.
Rəsmilərin çıxışları başa çatdıqdan sonra kampaniya çərçivəsində sosial şəbəkə müsabiqəsinin qalibi, Milli Şuranın üzvü olan “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin nümayəndəsi Şəfiqə Əhmədova mükafatlandırılıb və kampaniya ərzində müsabiqədə ən fəal iştirak edən Milli Şuranın üzvü olan “Odlar Yurdu” İctimai Birliyi, “Bakı Gənclər Klubu” İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu və "Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyi diplom ilə, fərdi gənclər Minacət Əliyeva, İqbal Ağamalıyev, Mirzə İskəndərov, Sevinc Kərimli, Qulu Abdullazadə şəhadətnamə ilə təltif olunublar. Qeyd edək ki, musabiqənin qalibi Şəfiqə Əhmədova tərəfindən #sesiniver həştəqi ilə yazılan 1863 tvit 190478 dəfə istifadəçilərə görünüb və kampaniya ərzində 1 dəfə günün trendi olub.

Xəbər xətti