"Bank Standard" müflis elan olunub

16:04 - 6 Oktyabr 2016 - İQTİSADİYYAT

 Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi "Bank Standard" QSC müflis elan edilib. Bu barədə "Report"a Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib. Bildirilib ki, bununla bağlı qərarı oktyabrın 4-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qəbul edib. Qərara əsasən, ADİF Bankın ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Xəbər xətti