Ermənilər işğalda olan torpaqlarda növbəti hərbi təlimlərə başlayıb

14:58 - 6 Oktyabr 2016 - Xəbər

Erməni hərbi birləşmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb. APA-nın  məlumatına görə, təlimlər Ağdam və Ağdərə rayonlarının işğal altında olan ərazilərində keçirilir. Təlimlərdə ağır artilleriyadan istifadə olunur. Top və minaatanlardan açılan atəş səsləri Ağdamın və ətraf rayonların cəbhəyanı ətraf kəndlərində eşidilir.

Xəbər xətti