İqtisad Universitetinin tələbəsi bıçaqlanıb

19:25 - 5 Oktyabr 2016 - HADİSƏ

Bakıda universitet tələbəsi bıçaqlanıb. Hadisə Binəqədi rayonunda qeydə alınıb. Məlumata görə, Dərnəgül qəsəbəsi A.Gəraybəyli küçəsi 25-də yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2 saylı yataqxanasında yaşayan Sənan Quliyev döş nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. S.Quliyevi kimin bıçaqladığı hələlik məlum deyil. Faktla bağlı araşdırma davam etdirilir.

Xəbər xətti