Külli miqdarda dərman preparatı zərərsizləşdirilib

15:13 - 5 Oktyabr 2016 - Xəbər

 Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsi idxalına icazə verilməyən xeyli miqdarda dərman preparatının qanuna müvafiq qaydada zərərsizləşdirilməsini həyata keçirib. DGK-nin mətbuat xidmətindən verilən məlumata görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mənfi rəyinə əsasən, idxalına icazə verilmədiyi üçün 1 100 ədəd “Uqol aktivirovannıy”, 5 040 ədəd “Zelyonka”, 102 ampul “Sıvorotka p/qanqrenoznaya”, 50 ampul “Sıvorotka p/yada qadyuki”, 607 flakon “Isotoran”, 800 tyubik “Funqoferbin”, 16 ədəd “Bioparoks”, 529 ədəd “Abizol 15 mq”, 320 ədəd “Abizol 5 mq”, 3 995 ədəd “Anzibel”, 954 ədəd “Duxet”, 974 ədəd “Etodin”, 2 076 ədəd “Lansobel”, 950 ədəd “Prefix №10”, 509 ədəd “Prefix 100 ml”, 1 000 ədəd “Sinazin №50”, 508 ədəd “Sinazin №20”, 2 238 ədəd “Terfalin”, 3 000 ədəd “Tylol”, 2 850 ədəd “Tylolhot”, 3 162 ədəd “Ulfrox”, 1 000 ədəd “Lipideks” və 2 000 ədəd “Meqasef” adlı dərman preparatları məhv edilib.
Bundan başqa, kənd təsərrüfatında bitkiləri qorumaq üçün istifadə olunan 4 520 kq “PYPİMETHANİZ 300” adlı preparat, 3 970 kq “Cyromazon” adlı kimyəvi maddə isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin idxalına rəyi olmadığı üçün məhv edilib.
Adı çəkilən bütün dərman preparatlarının zərərsizləşdirilməsi Sumqayıt Ekologiya Poliqonunda həyata keçirilib.

Xəbər xətti