Qoşunların qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

14:34 - 5 Oktyabr 2016 - Xəbər

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 5-də Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Xristo Xristov və Piter Şvedberq keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi Almaniya Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan üzrə məsul nümayəndəsi Klaus Keller, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petriça və Saymon Tiller keçiriblər.

Xəbər xətti