Azərbaycan nümayəndə heyəti beynəlxalq tədbirdə təmsil olunur

12:41 - 5 Oktyabr 2016 - Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Macarıstanın Budapeşt şəhərində keçirilən beynəlxalq tədbirdə təmsil olunur. “İnsan Hüquqları mövzusunda 3-cü Kompas Forumu”nda Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova, Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və  Gənclər və İdman Nazirliyinin nümayəndəsi Azər Abasəliyev iştirak edir. 

Forumun məqsədi gənclər arasında insan hüquqları mövzusunda maarifləndirmə təbirlərinin aparılması, bu tədbirlərin keyfiyyətin yüksəldilməsi və hədəf kütləsinin artırılmasıdır.  
Forum çərçivəsində “İnsan Hüquqları mövzusunda 2-ci Kompas Forumu”nun nəticələrinin dəyərləndirilməsi, gənclər arasında insan hüquqlarının təbliği ilə bağlı mövcud vəziyyətin müzakirə edilməsi və bu sahədə olan naliyyətlərin paylaşılması baş tutacaq. Həmçinin Forum zamanı iştirakçılar tərəfindən demokratik vətəndaşlıq və insan hüquqlarının təbliği ilə bağlı tədbirlərin genişləndirilməsi və davamlılığı istiqamətində verilən təkliflərin toplanılması nəzərdə tutulub. 
Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür. 

Xəbər xətti