Avtomobilin vurduğu piyada xəstəxanada ölüb - Bakıda

12:00 - 5 Oktyabr 2016 - HADİSƏ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, oktyabrın 2-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini İlham İsayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Əsgər Cabbarovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 4-də orada ölüb.

 Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

Xəbər xətti