Zakir Həsənov İslam Kərimovun məzarını ziyarət edib

16:11 - 4 Oktyabr 2016 - Xəbər

 Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistana rəsmi səfəri çərçivəsində bu ölkənin birinci prezidenti İslam Kərimovun məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin nümayəndə heyətinin Özbəkistana səfəri zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.

Xəbər xətti