“Yol Etiketi” adlı layihə həyata keçirilib

14:15 - 4 Oktyabr 2016 - Cəmiyyət

 Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsində qalib olmuş “Yol Etiketi” adlı layihəsini həyata keçirilib. 
Layihənin əsas məqsədi  piyada və sürücüləri təhlükəsizlik qaydalarına riayət etməyə və maariflənməyə sövq etmək, sürücülərin peşəkarlıının artırılmasına dəstək olmaq, yol qəzalarının azalması istiqamətində töhvə verməkdir.
“Yol Etiketi” layihəsi 3 gün 2016-cı il, 28,29,30 sentyabr tarixlərində keçirilib. İlk gün açılış, ikinci gün təlim xarakterli, son gün isə sertifikatlandırma mərasimi keçirilib.
Açılış tədbirində ilk növbədə layihə rəhbəri Lalə Babayeva çıxış etmiş “Yol Etiketi” layihəsi barədə geniş məlumat vermişdir. Daha sonra Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Nərgiz Xələf çıxış edərək gəncləri yol hərəkəti qaydalarına riayət etməyə çağırış etmiş, Etika Akademiyasının direktoru Günel İbrahim isə öz növbəsində gənclərə yol hərəkəti zamanı beynəlxalq etik normativlər haqqında məlumat vermişdir. Növbəti gün sürücülük üzrə beynəlxalq təlimçi Anar Əhmədov təlim keçərək yol hərəkəti qaydaları haqqında gənclərə geniş məruzə etmişdir. Layihənin sonunda isə təlimdə iştirak edən gənclərə sertifikatlar təqdim olunmuşdur.

Xəbər xətti