Azərbaycan XİN başçısı Belçikaya səfər edəcək

11:02 - 4 Oktyabr 2016 - Xəbər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 4-5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək. Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, konfrans əsnasında Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan Respublikası Əfqanıstanda həyata keçirilən quruculuq tədbirlərinə ikitərəfli və çoxtərəfli əsasda töhfə verən tərəfdaş dövlətdir.

Xəbər xətti