SAT imtahanının nəticəsi oktyabrın 27-də elan olunacaq

16:07 - 3 Oktyabr 2016 - Xəbər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası oktyabrın 1-də növbəti SAT imtahanlarını keçirib. TQDK-dan Lent.az-a verilən məlumata görə, imtahanlar TQDK-nın inzibati binasında təşkil olunmaqla təlimata uyğun keçirilib. İmtahanlarda 23 nəfərin iştirakı nəzərdə tutulsa da, 16 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələrinin oktyabr ayının 27-də elan olunması gözlənilir. 

Xəbər xətti