Roma papası Bakıda katolik kilsədə dini ayin keçirir

10:41 - 2 Oktyabr 2016 - Xəbər

Roma papası Fransisk Azərbaycanda rəsmi səfəri çərçivəsində Bakıda yerləşən katolik kilsəyə gəlib. Trend-in məlumatına görə, onu kilsədə yüzlərlə mömin insan səmimi qarşılayıb.Hazırda Roma papası Bakı Katolik kilsəsində dini ayin keçirir.
Xatırladaq ki, Roma papası Fransisk bu gün Azərbaycana rəsmi səfərə gəlib. Onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayıblar.

Xəbər xətti