Qazaxda "Mercedes" yanıb

08:57 - 1 Oktyabr 2016 - HADİSƏ

Qazaxda "Mercedes" yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonun Çaylı kəndi ərazisində "Mercedes " markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.Dərhal FHN-nin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yanıb.Qəza zamanı avtomobilin sahibi müxtəlif bədən xəsarətləri almış, sərnişin 1974-cü il təvəllüdlü Axundov Elşad Şahvələd oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.Cəsəd və yaralılar yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyatı üzrə təhvil verilıb.

Əməliyyat saat 23:09-da başa çatıb.

Xəbər xətti