Bu gün Bakının loqosu təqdim olunur: Avro-2020

12:23 - 30 Sentyabr 2016 - Xəbər

Bu gün Avro-2020-yə ev sahibliyi edəcək 13 şəhərdən birinin - Bakının loqosunun təqdimat mərasimi olacaq. Ucnoqta.az qol.az-a istinadən xəbər verir ki, tədbir Bakı Olimpiya stadionunda keçiriləcək. AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın prezidenti Aleksander Çeferin də təqdimetmə mərasimində iştirak edəcək. Paytaxtımızda Avro-2020-nin 4 görüşü oynanılacaq. Qeyd edək, Bakıda qrup mərhələsinin 3, 1/4 finalın 1 oyunu keçiriləcək.

Xəbər xətti