ABŞ dron bazası tikintisini təsdiq edib - Nigerdə

11:36 - 30 Sentyabr 2016 - DÜNYA

Pentaqon Nigerin şimalında yerləşən Aqades şəhərində yeni hərbi bazanın inşası üçün 50 milyon dollar ayırıb. Ucnoqta.az BBC-yə istinadən xəbər verir ki, bazadan qonşu Mali, Nigeriya və Liviyada terrorçulara qarşı mübarizədə istifadə olunması nəzərədə tutulub.

Yeni strateji obyektin zərbə gücünün əsas hissəsini dronların (pilotsuz uçan aparatların) təşkil edəcəyi gözlənilir. Bazanın artıq gələn il tikilib istifadəyə veriləcəyi bildirilir.
ABŞ hərbi orqanının mətbuat katibi Mişel Baldanzının sözlərinə görə, Pentaqon Aqadesdə yeni uçuş-enmə zolağı, infrastruktur obyektlərinin tikintisinin və müvafiq xidməti yardımın qarşılığını ödəyəcək. Qeyd edək ki, hazırda Nigerin paytaxtı Niameydə - Aqadesdən 900 km cənubda yerləşən şəhərdə olan 101 nömrəli Fransa bazasında bir neçə amerikalı hərbçi və "MQ-9 Reaper" dronları fəaliyyət göstərir.

Xəbər xətti