Bəraət alan qadının həbsinə dair prokurorun verdiyi protestə baxılıb - Bakıda

11:29 - 30 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən və məhkəmədə bəraət alan Sona Məmmədova barəsində dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılıb.

"Report"un məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, S.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub. S.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsi S.Məmmədova barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Xəbər xətti