“Bakı Telefon Rabitəsi" İB-nin baş mühasibi və qovşaq rəisinin məhkəməsi başlayıb

14:30 - 29 Sentyabr 2016 - Xəbər

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının baş mühasibi olmuş Rəşad Məmmədov və "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. 
Xatırladaq ki, təqsirləndirilən şəxslər ləğv edilmiş MTN-nin rəhbəri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra həbs olunublar.
Rəşad Məmmədov və Fətullah Seyidov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər.

Xəbər xətti