Dünən ictimai nəqliyyat necə işləyib?

12:04 - 29 Sentyabr 2016 - Cəmiyyət

“Dünənki hava şəraitində sərnişindaşıma ilə məşğul olan avtobuslarda qəza hadisəsi baş verməyib. Bununla bağlı Agentliyin “141” Çağrı mərkəzinə heç bir məlumat daxil olmayıb”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri “qafqazinfo”ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
O qeyd edib ki, eyni zamanda daşıyıcı şirkətlər tərəfindən də avtobuslarda qəza baş verməsi ilə bağlı quruma hər hansı məlumat daxil olmayıb: “Sadəcə, paytaxtda kifayət qədər tıxac var idi. Bu səbəbdən də avtobuslar gecikmələrlə hərəkət edirdi. Fövqəladə hal olduğu üçün sürücülər ani qərar verərək alternativ yollardan istifadə edib”.
Onun sözlərinə görə, agentliyə şirkət taksilərinin ötən gün taksi xidməti göstərməkdən imtina etməsi ilə bağlı müraciətlər daxil olub: “Biz taksi şirkətlərinin göstərdiyi xidmətin keyfiyyətinə nəzarət edirik. Ancaq hava şəraiti ilə əlaqədar onlar xidmət göstərməkdən imtina ediblərsə, biz buna müdaxilə edə bilmərik”.

Xəbər xətti