Ədliyyə naziri: "Türkiyədə FETÖ ilə bağlı 32 min nəfər tutulub"

12:47 - 28 Sentyabr 2016 - DÜNYA

"Türkiyədə Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı istintaq çərçivəsində 32 min nəfər tutulub". Bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ NTV telekanalına müsahibəsində bildirib. "İyulun 15-dən indiyə kimi 70 min nəfər barəsində istintaq tədbirləri həyata keçirilib, 32 min nəfər isə həbs edilib, onlara qarşı cinayət işinə baxılır. Yeni həbslər ola, tutulanlardan bəziləri azad edilə bilər", - deyə nazir söyləyib. B.Bozdağ bildirib ki, Ankarada böyük məhkəmə zalı yoxdur: "Ankaranın bəzi rayonlarında belə salonlar olsa da, yetərli deyil. İstanbulda belə problem yoxdur. Bu baxımdan hazırda Sincan rayonunda müəyyən işlər görülür".

Xəbər xətti