Şimon Peres ölümündən qabaq orqanlarını bağışlayıb

11:01 - 28 Sentyabr 2016 - Xəbər

İsrailin keçmiş prezidenti Şimon Peres ölümündən əvvəl könüllü olaraq bütün orqanlarını bağışlayıb. Ucnoqta.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu onun həkimi və kürəkəni Rafi Valdman deyib. O bildirib ki,  ailəsi ölümündən sonra onun gözlərinin buynuz qişasının transplantasiyasına icazə verib.

Xatırladaq ki, İsrailin keçmiş prezidenti Şimon Peres bu gün 94 yaşında Təl-Əvivdə vəfat edib.

Xəbər xətti