Kaliforniyada daha bir afroamerikalı polis tərəfindən güllələnib

10:42 - 28 Sentyabr 2016 - Xəbər

Amerikanın Kaliforniya ştatının El-Kaxon şəhərində qaradərili kişi polis əməkdaşları tərəfindən güllələnərək yaralanıb. Bu barədə NBC telekanalının məlumatında bildirilir.

Polisin məlumatına görə, onlar hadisə yerinə bir nəfərin özünü qəribə aparması barədə məlumat daxil olduqdan sonra gəliblər. Hadisə yerinə yaxın yerləşən restoran əməkdaşlarından biri insidenti mobil telefonu ilə çəkib. Hazırda videoyazı asayiş keşikçiləri tərəfindən araşdırılır.

Şahidlərin sözlərinə görə, polis şübhəli şəxsdən əllərini yuxarı qaldırmağı xahiş edib, lakin kişi polisin tələbini yerinə yetirməyib, ardınca polis bir neçə dəfə atəş açıb.

Ehtimal ki, o, əllərini qurşaq səviyyəsində saxlayıb. Onun yanında bacısı olub və qardaşından polislə əməkdaşlıq etməyi xahiş edib.

Zərərçəkən xəstəxanaya yerləşdirilib, onun vəziyyəti barədə məlumat yoxdur.

Xəbər xətti