"Qoç ət" MMC-nin satış meneceri məhkəmədən azadlığa buraxılıb

14:58 - 27 Sentyabr 2016 - Xəbər

Bu gün "Qoç ət" MMC-də satış meneceri işləmiş Etibar Aslanovun cinayət işi üzrə məhkəmə başa çatıb.Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Etibar Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) tətbiq edilib. Ona 3 il sınaq müddəti verilib. Etibar Aslanov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Etibar Aslanov "Qoç Ət" MMC-də satış meneceri olub. O, ümumilikdə MMC-in 40 min manatını mənimsəməkdə təqsirləndirilib. Etibar Aslanov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilib.

Xəbər xətti