Təyyarə məcburi eniş edib - Bakıda

11:05 - 27 Sentyabr 2016 - Xəbər

"Ariana Afghan Airlines" şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib.

Bu barədə "Avia.pro" portalı xəbər verir.
Əfqanıstan aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kabildən Moskvaya (Şeremetyevo hava limanına) uçuş həyata keçirirmiş. Amma texniki nasazlıq səbəbindən təyyarə ekipajı Azərbaycan ərazisində təcili eniş etmək qərarına gəlib.
Sərnişin təyyarəsinin göyərtəsində konkret olaraq nə baş verdiyi məlum deyil. Sadəcə, o məlumdur ki, təyyarə təxminən iki saat Heydər Əliyev Beynəlxalq Hava Limanında qalıb və sonradan Moskvaya uçuşu davam etdirib.
AZAL-ın mətbuat xidmətindən bildiriblər ki, təyyarə təcili yox, yanacaq doldurulması üçün texniki eniş həyata keçirib.

Xəbər xətti