Azərbaycanın Almaniyadakı səfirliyində fəal səsvermə davam edir

14:24 - 26 Sentyabr 2016 - Xəbər

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Azərbaycan Respublikasında keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Almaniyadakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 32 saylı referendum məntəqəsində fəal səsvermə davam edir.
Məntəqədə Almaniyada daimi və müvəqqəti yaşayan vətəndaşlarımızın səsvermə hüquqlarının təmin edilməsi üçün tələb olunan bütün zəruri işlər görülüb. Səsvermənin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb.
Səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.AzərTac

Xəbər xətti