“ASAN xidmət”də 26 sentyabr qeyri-iş günü olacaq

17:19 - 24 Sentyabr 2016 - Xəbər

"ASAN xidmət” mərkəzlərində 1 gün qeyri-iş günü olacaq. ASAN-dan Trend-ə verilən məlumata görə, 26 sentyabr Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsi – referendumla əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər.
​Sentyabrın 27-dən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Xəbər xətti