Hərbçilərimiz dünya çempionatında

10:10 - 21 Sentyabr 2016 - İDMAN

Makedoniyanın paytaxtı Skopye şəhərində keçiriləcək və Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında təşkil edilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatına hazırlıq işləri başa çatıb.

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bütün idmançılar Skopye şəhərinin ən böyük idman arenalarından olan və Boris Traykovskinin adını daşıyan İdman Mərkəzinə toplaşıblar.

Yarışlara hazırlığın son mərhələsi olaraq idmançılar həkim yoxlamasından, dopinq nəzarətdən keçiblər və onların çəkiləri yoxlanılıb.

Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının da qatıldığı hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edir.

Yarışlara qatılan idmançıların 50 faizdən çoxu Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçılarıdırlar. Dünya çempionatında sərbəst güləş yarışlarında ilk dəfə qadın hərbçi idmançılar da 5 çəki dərəcəsi üzrə iştirak edirlər.

Bu gün ilk olaraq xalça üzərində mübarizəyə MOİK-in sərbəst güləşçiləri qatılacaqlar. Makedoniya vaxtı ilə saat 15:30-da güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının təntənəli açılış mərasimi olacaq.

Xəbər xətti