"Uğurumuzun əsas səbəbi yüksək keyfiyyətli kollektiv iş görməyimizdir"

Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Mərakeş – Azərbaycan oyunundan sonra Azərbaycan millisinin baş məşqçisi Milton Luis Ziller Junior açıqlama verib.
 AFFA-nın saytına istinadən açıqlamanı təqdim edirik: “Bugünkü uğurumuzun əsas səbəbi yüksək keyfiyyətli kollektiv iş görməyimizdir. Həm məşqçi heyəti, həm də oyunçular birlikdə xeyli iş görmüşük və bunun nəticəsində belə qələbə qazana bildik. İndiki məqamda qalibiyyətimizdən zövq almağı bacarmalıyıq, amma unutmaq olmaz ki, dünya çempionatı yenicə başlayıb və biz cəmi 1 oyun keçirmişik. Artıq sabahdan başlayaraq yeni oyuna, yeni rəqbə qarşı mübarizəyə hazırlaşmağa başlayacağıq”.

Tarix
13 Sentyabr 2016 [10:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-09-13 10:01:08
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin