Penitensiar Xidmət: "Həbsxanada qadının uşaq dünyaya gətirməsi mümkün deyil"

16:25 - 9 Sentyabr 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Məhurə Hüseynova şok iddia ilə çıxış edib. Lent.az-ın məlumatına görə, bir qrup şəxslə Hövsan qəsəbəsində Qalib Bağırovu öldürməkdə günahlandırılan qadın bildirib ki, o tutulan zaman digər təqsirləndirilən Ehtiram Həsənovdan hamilə olub: “Mənim uşağım doğulandan sonra üzünü göstərməyiblər. Yoxdur ümumiyyətlə. Yoxa çıxarıblar. Nə ölüsündən, nə də dirisindən xəbər var”.
Penitensiar Xidmətdən bildirilib ki, M.Hüseynovanın iddiaları absurddur və həqiqəti əks etdirmir. İdarənin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Lent.az-a açıqlamasında deyib ki, istənilən halda bu məsələ araşdırılacaq: “Əgər belə bir məsələ varsa o özü lazımı orqanlara müraciət edə bilər. Ümumiyyətlə həbsxanada qadının uşaq dünyaya gətirməsi və daha sonra onun iddia etdiyi kimi vəziyyətin yaranması mümkün deyil. Bunlar hamısı absurddur. Lakin istənilən halda biz məsələni araşdıracağıq”.

Xəbər xətti