Ölkədən çıxışı qadağan olunan şəxslərin siyahısı AÇIQLANIB

16:13 - 9 Sentyabr 2016 - Xəbər

Vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergiödəyicilərin siyahısı açıqlanıb.Trend-in Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergiödəyici vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.
Siyahıda 333 fiziki və 452 hüquqi şəxsin adı var.
http://www.taxes.gov.az/uploads/vergiborcu/airFiziki.pdf

http://www.taxes.gov.az/uploads/vergiborcu/airHuquqi.pdf

Xəbər xətti