Tramp: "Putinlə münasibətimiz yaxşı olacaq"

12:05 - 8 Sentyabr 2016 - SİYASƏT

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qələbə qazandığı halda, Rusiya və ölkə prezidenti Vladimir Putin ilə münasibəti yaxşı olacağını bəyan edib.

Bu barədə BBC xəbər verir. 

“Düşünürəm ki, onunla yola gedərəm. Bu sistemin (Rusiya) çərçivəsində o, bizim prezidentimizdən yaxşı lider olub”, - Tramp veteranlar forumunda çıxış edərkən bildirib.

Rusiya prezidentindən danışarkən Tramp, Putini dəstəkləyənlərin 82%-dən ibarət olduğunu xatırladıb.

Xəbər xətti