Avtomobillə vurulan piyada ölüb - Şəkidə

11:45 - 7 Sentyabr 2016 - HADİSƏ

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, sentyabrın 6-da saat 21.00 radələrində Şəki-Qax avtomobil yolunda, Şəkinin Biləcik kəndində Bakı şəhəri Əmircan qəsəbə sakini, 1949-cu il təvəllüdlü Ağakərim Məhərrəm oğlu Qurbanov idarə etdiyi “Saipa” markalı 99 AJ 496 dövlət nömrə nişanlı avtomobillə piyada, Şəki şəhər sakini Elşad Rəşad oğlu İmanovu vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Elşad İmanov Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Qax MRX-dan APA-ya bildirilib ki, həkimlərin səyinə baxmayaraq  Elşad İmanov xəstəxanya daxil olduqdan bir qədər sonra aldığı xəsarətlərdən keçinib. 
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti